Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “ Qarabağ  Azərbaycandır” adlı kitab sərgisi keçirilib

03.11.2021

 3 noyabr 2021-ci il tarixdə Gəncə Regional mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi  Kitabxananın işçiləri Heydər Əliyev parkında 8 noyabr  Zəfər Gününə həsr edilmiş  “ Qarabağ  Azərbaycandır” adlı kitab sərgisi təşkil etdilər.

Sərgidə Goranboy rayon sakinləri, Ağsaqqallar ,1-ci  Qarabağ müharibəsi  veteranları iştirak etdilər.

Tədbiri xidmət şöbəsinin müdiri  Səidə Abdullayeva sərgidə iştirak edənlərə 44 günlük  müharibə   haqqında məlumat verərək  qeyd etdi ki,  44 günlük müharibə və düşmən  üzərində Tarixi Qələbə dövlətimizin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə  xalqımızın birliyini,əyilməzliyini  ortaya qoydu, ordumuzun  Azərbaycanın  hərb tarixinə şanlı səhifə yazmaq bacarığına  malik olduğunu sübuta yetirdi. O qeyd etdi ki, Şanlı OrdumuzunAli Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında  qazandığı  qələbə  bizdə çox böyük  qürur  hissi yaratdı.

Tədbirdə  1-ci Qarabağ müharibəsi  iştirakçıları, veteranlar  öz döyüş yollarından söz açdılar.Vətən yolunda , xalq yolunda  hər an ölümə hazır olduqlarını bildirdilər.